Misli Premyer Liqasında mövsüm sona yaxınlaşır. Matc.az xəbər verir ki, sabah 31-ci tura start veriləcək.
Turun vacib oyunlarından biri "Araz-Naxçıvan" və "Turan Tovuz" arasında baş tutacaq. 3-cü yer uğrunda mübarizə aparan komandalar arasındakı duel "Liv Bona Dea Arena"da gerçəkləşəcək. Hazırda "Araz-Naxçıvan" 52 xalla 3-cü pillədə qərarlaşıb. "Turan Tovuz" rəqibindən 5 xal geridədir.
Turun ikinci görüşündə "Sabah" "Bank Respublika Arena"da autsayder "Səbail"lə üz-üzə gələcək. Fərid Hacıyevin idarə edəcəyi qarşılaşma saat 17:30-da başlayacaq.
31-ci turda Azərbaycan derbisi olacaq. "Qarabağ"la "Neftçi" arasındakı görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. "Qarabağ" qələbə qazansa, ən yaxın izləyisici olan "Zirə" isə xal itirərsə, mövsümün bitməsinə 5 tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
Vacib oyunlardan biri də Şamaxıda baş tutacaq. Burada eyniadlı komanda "Kəpəz"i qonaq edəcək. Şamaxı şəhər stadionunda Cavid Cəlilovun idarə edəcəyi matç 16:30-da başlayacaq. Hazırda "Şamaxı" 31 xalla 7-ci pillədədir. 28 xalla 9-cu yerdə olan "Kəpəz"in rəqibinə çatmaq şansı var.
Tura "Zirə" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 58 xalla 2-ci yerdədir. Son iki oyunda məğlub olan "Sumqayıt"ın 29 xalı var və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Misli Premyer Liqası
31-ci tur
18 aprel (cümə)
19:00 “Araz-Naxçıvan” – “Turan Tovuz”
“Liv Bona Dea Arena”. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov,
19 aprel (şənbə)
17:30 “Sabah” – “Səbail”
“Bank Respublika Arena”. Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
20:00 “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
20 aprel (bazar)
16:30 “Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu. Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
19:00 “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin Stadionu. Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
N: | Komandalar | O | Q | H | M | T/F | X |
1 | Qarabağ | 30 | 23 | 4 | 3 | 74-18 | 73 |
2 | Zirə | 30 | 18 | 4 | 8 | 51-25 | 58 |
3 | Araz-Naxçıvan | 30 | 14 | 10 | 6 | 30-23 | 52 |
4 | Turan Tovuz | 30 | 12 | 11 | 7 | 37-34 | 47 |
5 | Sabah | 30 | 7 | 15 | 8 | 40-40 | 36 |
6 | Neftçi | 30 | 8 | 11 | 11 | 30-40 | 35 |
7 | Şamaxı | 30 | 8 | 7 | 15 | 27-38 | 31 |
8 | Sumqayıt | 30 | 8 | 5 | 17 | 24-43 | 29 |
9 | Kəpəz | 30 | 7 | 7 | 16 | 24-53 | 28 |
10 | Səbail | 30 | 4 | 8 | 18 | 23-46 | 20 |