ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Matc.az xəbər verir ki, H qrupunda "Real"  Meksikanın "Paçuka"klubu ilə üz-üzə  gəlib. Qarşılaşma İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

4 xalı olan "Real" qrup lideridir. Hər iki oyunda uduzan "Paçuka" isə sonuncu yerdədir.

"Real" - "Paçuka" 3:1
Qollar:
Cud Bellingem, 35, Arda Güler, 43, Federiko Valverde, 70 - Elias Montiel, 80

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest