"Fənərbaxça"nın qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Əl-Nəsr" braziliyalı qolkiperin xidmətində maraqlıdır. Ərəblər menecerlər vasitəsilə Ederson üçün İstanbul nəhəngi ilə ilkin təmas qurub.

Türkiyə klub illik 11 milyon avro maaş alan 32 yaşlı "əlcək sahibi"ndən qurtulmaq istəyir.

Qeyd edək ki, Ederson bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 36 oyunda 35 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest