"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Paulo Dibala ölkəsinə qayıtmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

Argentinalı hücumçu "Boka Xuniors"un təklifini qəbul edib. 32 yaşlı forvardın dünya çempionatından sonra Buenos Ayres təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində keçirdiyi 23 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest