Belçikalı hücumçu peşəkar karyerasını başa vurub. Futbolçu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

"Qalatasaray"dan ayrılan Dris Mertens gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, belçikalı hücumçu peşəkar karyerasını başa vurub. Futbolçu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Qeyd edək ki, Dris Mertens 2022-2025-ci illərdə "Qalatasaray"ın formasını geyinib. "Anderlext"in yetirməsi olan 38 yaşlı forvard karyerası ərzində ölkəsində "Gent", Niderlandda AQOVV, "Utrext" və PSV-də, İtaliyada isə "Napoli"də çıxış edib. Belçika millisinin heyətində 109 oyun keçirən Mertens 21 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest