"Bayer"in müdafiəçisi Pyero İnkapi "Arsenal"a keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, 23 yaşlı ekvadorlu futbolçu artıq Premyer Liqanın London klubu ilə şəxsi müqaviləni razılaşdırıb.

Növbəti addım "Arsenal"dan "Bayer"ə transferlə bağlı təklif olacaq. Ən çox ehtimal olunan seçim, sonradan məcburi satınalma ilə icarədir.

Qeyd edək ki, İnkapi əsasən mərkəz müdafiəçisi kimi çıxış edir. O, "Bayer"də 166 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

İnkapi Ekvador millisində də 46 oyun keçirib. "Transfermarkt" onun dəyərini 50 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest