26 Avqust 2025, 20:02
FUTBOL
"Bayer" təcrübəli ispan müdafiəçi Lukas Vaskesi transfer etdiyini rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, iyun ayında müqaviləsi başa çatdıqdan sonra Madrid "Real"ından ayrılan 34 yaşlı futbolçu Leverkuzen klubuna azad agent kimi keçib. Tərəflər 2027-ci ilin yayına qədər iki illik müqavilə imzalayıblar.
Qeyd edək ki, ispan futbolçu "Kral klubu" ilə 23 kubok, o cümlədən beş UEFA Çempionlar Liqası və dörd İspaniya Çempionatı titulunu qazanıb.