26 Avqust 2025, 19:28
FUTBOL
"İnter"in futbolçusu Tomas Palasios "Santos"a keçir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
22 yaşlı mərkəz müdafiəçisi Braziliya klubuna icarə əsasında transfer olunacaq. Onun əmək haqqını bu müddət ərzində "Santos" ödəyəcək.
Razılaşmaya əsasən, "Santos" argentinalı oyunçunu 10 milyon avroya birdəfəlik də ala bilər.
Qeyd olunur ki, Palasios özü artıq bu keçidə razılıq verib.