"Leypziq"in futbolçusu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Tottenhem" niderlandlı hücumameyilli yarımmüdafiəçinin transferini həll edib. London təmsilçisi 22 yaşlı oyunçu üçün Almaniya klubuna 65 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Xavi Simons ötən mövsüm "Leypziq"in heyətində meydana çıxdığı 33 oyunda 11 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest