28 Avqust 2025, 14:17
FUTBOL
"Beşiktaş"ın yarımmüdafiəçisi Motasim Əl-Musrati karyerasını İtaliyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
"Verona" liviyalı futbolçunu icarəyə götürəcək.A Seriyası təmsilçisi 7 milyon avro ödəməklə 29 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Əl-Musrati ötən mövsümün ikinci yarısında icarə əsasında "Monako"da çıxış edib.