28 Avqust 2025, 16:19
FUTBOL
"Brentford" "Borussiya"nın hücumçusu Maksimilian Bayeri transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Premyer Liqa təmsilçisi almaniyalı futbolçu üçün onun klubu illə danışıqlara başlamağa hazırlaşır. "Brentford" 22 yaşlı forvard üçün "sarı-qaralar"a 55+5 milyon funt-sterlinq təklif edəcək.
Qeyd edək ki, Maksimilian Bayer ötən mövsüm "Borussiya"nın heyətində keçirdiyi 46 oyunda 10 qol vurub, 6 qol ötürməsi edib.