28 Avqust 2025, 11:36
FUTBOL
"Komo" "Fənərbaxça"nın müdafiəçisi Dieqo Karlosu heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayııb.
A Seriyası təmsilçisi braziliyalı futbolçunu icarəyə götürməsi planlaşdırır. İtaliya klubu 32 yaşlı mərkəz müdafiəçisi üçün İstanbul nəhənginə təklif göndərəcək.
Qeyd edək ki, "Fənərbaxça" Dieqo Karlosu bu ilin yanvar ayında 11 milyon avroya "Aston Villa"dan transfer edib. Təcrübəli oyunçu komandanın heyətində 5 oyunda iştirak edib.