28 Avqust 2025, 11:15
FUTBOL
"Çelsi"nin futbolçusu Kristofer Nkunku karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" fransalı hücumçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi 27 yaşlı forvardla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Transferin təxminən 30 milyon avroya yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Kristofer Nkunku ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 42 oyunda 14 qol vurub, 5 qol ötürməsi edib.