"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.

Matc.az xəbər verir ki, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi "Sparta Belfast"la qarşılaşıb.

Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutan görüş təmsilçimizin 9:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunları Linz şəhərində keçirilir. Komanda sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest