28 Avqust 2025, 10:07
ÇEMPİONLAR LİQASI
İki görüşün nəticəsinə görə 5:4 hesablı üstünlük əldə edən "Qarabağ" turnirin liqa mərhələsinə yüksəlib.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Matc.az xəbər verir ki, "Qarabağ" Bakıda "Ferentsvaroş"u qəbul edib.
Qarşılaşma Macarıstan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə 5:4 hesablı üstünlük əldə edən "Qarabağ" turnirin liqa mərhələsinə yüksəlib.
"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) 2:3
Qollar: Leandro Andrade, 25, Abdullah Zubir, 45 - Qabi Kaniçovski, 14, Varnabas Varqa, 55 (pen)