"Vilyarreal" PSJ-dən qapıçı Arnau Tenası transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi ispaniyalı qolkiper üçün Paris klubuna 2,5 milyon avro təzminat ödəyib. 24 yaşlı "əlcək sahibi" ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Arnau Tenas ötən mövsüm PSJ-nin heyətində 2 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest