Misli Premyer Liqasında III tura start verilir.
Matc.az xəbər verir ki, turun oyunları 3 gün ərzində baş tutacaq.
Açılış oyununda lider meydana çıxacaq. 2 turdan sonra maksimum nəticə göstərən "Sumqayıt" "Şamaxı" ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da başlayacaq. "Şamaxı" 2 turdan sonra 1 xal toplayıb.
Turun maraqlı oyunlarından biri "Neftçi Arena"da olacaq. İlk iki görüşdə heç-heçə edən "Neftçi" doğma divarlar arasında "Turan Tovuz"u qəbul edəcək. Tovuzluların aktivində 3 xal var. Matç saat 20:30-da start götürəcək.
İkinci oyun günündə də iki matç keçiriləcək.
Öncə "Zirə" ilə "Kəpəz" münasibətlərə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək. Ev sahibləri 2 turdan sonra 4 xal toplayıb. Gəncə təmsilçisi isə hər iki görüşdə uduzub və sonuncu yerdədir.
Günün ikinci matçı "Araz-Naxçıvan"la 1 illik fasilədən sonra elitaya qayıdan "Qəbələ" arasında baş tutacaq. Qarşılaşma "Liv Bona Dea Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq. Naxçıvanlıların aktivində 4 xal var. "Qırmızı-qaralar" isə 1 xal toplayıb.
Tura avqustun sonuncu günündə yekun vurulacaq. Son çempion, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" öz meydanında oynayacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Azersun Arena"da "Karvan-Yevlax"ı sınağa çəkəcək. Ağdam təmsilçisi 2-ci turda "Sumqayıt"a məğlub olub. Yevlaxlılar isə bundan əvvəl keçirdiyi matçlarda 1 qələbə qazanıb, 1 heç-heçə edib. Qarşılaşma 17:00-da başlayacaq.
3-cü tur Masazırda qapanacaq. İlk turda "Qarabağ"la oyunu təxirə salınan, növbəti həftə isə "Şamaxı"nı məğlub edən "Sabah" doğma meydanda "İmişli" ilə qarşılaşacaq. Bölgə təmsilçisinin isə 1 xalı var. Onlar ötən tur "Neftçi" ilə heç-heçə edib. "Bank Respublika Arena"dakı oyun 19:30-da start götürəcək.
Misli Premyer Liqası
III tur
29 avqust (cümə)
"Sumqayıt" – "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Zöhrab Abbaso
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
M.H. adına Sumqayıt şəhər stadionu, 18:30
"Neftçi" – "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"Neftçi Arena", 20:30
30 avqust (şənbə)
"Zirə" – "Kəpəz"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu, 18:00
"Araz-Naxçıvan" – "Qəbələ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
"Liv Bona Dea Arena", 20:30
31 avqust (bazar)
"Karvan-Yevlax" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu, 17:00
"Sabah" – "İmişli"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: İnqilab MəmmədovAVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
"Bank Respublika Arena", 19:30