12 Sentyabr 2025, 00:06
FUTBOL
ÇSKA və "Napoli" Matiya Popoviçin transferi ilə bağlı razılığa gəliblər.
Matc.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, 19 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Popoviç ÇSKA-da 20 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Matiya Serbiyanın "Partizan" və "Voyvodina" klublarının yetirməsidir. 18 yaşında "Napoli"yə keçib. Ötən mövsüm o, İtaliya klubunun gənclər komandasında 26 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi həm də Serbiyanın U-19 komandasında çıxış edir.