Şotlandiya millisinin baş məşqçisi Stiv Klark postundan istefa verib.

Matc.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Şotlandiya yığması qrupda üçüncü yeri tutan ən yaxşı komandaların sırasına düşə bilməyərək DÇ-2026-da 1/16 finala yüksəlmək şansını itirib. Bu uğursuzluğun ardından Klark vəzifəsindən ayrılmaq qərarına gəlib.

62 yaşlı mütəxəssis 2019-cu ildən Şotlandiya millisinə rəhbərlik edirdi. Bu müddət ərzində o, komanda ilə 81 matça çıxıb, 36 qələbə qazanıb, 16 heç-heçə edib və 29 məğlubiyyətlə yaddda qalıb. Klark Şotlandiya yığmasını 1998-ci ildən bəri ilk dəfə dünya çempionatının final mərhələsinə daşıyan məşqçi kimi tarixə düşmüşdü. Komanda onun rəhbərliyi altında qrup mərhələsinin üç oyununda 3 xal toplayıb.

Klarkın sükanı arxasında çıxdığı son rəsmi qarşılaşmada Şotlandiya millisi Braziliyaya 0:3 hesabı ilə uduzub. Şotlandiyalı mütəxəssis məşqçilik karyerası ərzində "Vest Bromviç", "Redinq" və "Kilmarnok" klublarında da çalışıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest