Portuqaliya millisinin sabiq hücumçusu Rikardu Quarejma DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Kolumbiya ilə keçirilən oyundan (0:0) sonra yığmanın çıxışını dəyərləndirib.
Matc.az xəbər verir ki, əfsanəvi futbolçu LiveModeTV-yə müsahibəsində komandanın oyunundakı çatışmazlıqları dilə gətirib:
"Komandada hər zaman sahib olduğumuz sevinc, xoşbəxtlik, yaradıcılıq və özünəinam çatışmır. Eyni zamanda xarakter və əzmkarlıq da yox idi. Oyunu stadiondan canlı izləmək imkanım oldu. Futbolçular yorğun və motivasiyasız görünürdülər. Halbuki onlar futbol dünyasının ən vacib turnirində mübarizə aparırlar. Hər kəs bu oyunçuların hansı keyfiyyətə və istedada sahib olduğunu yaxşı bilir. Lakin onlarda cəsarət əskikdir. Elə bil oyunçular risk etməkdən qorxurlar".













