28 İyun 2026, 21:48
FUTBOL
Yeni mövsümün hazırlıq məqsədli toplanışını Avstriyada keçirən "Sabah" komandası bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gəlib.
Tirol bölgəsində baş tutan sınaq matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Xatırladaq ki, paytaxt təmsilçisi Avstriyadakı ilk yoldaşlıq görüşündə Rumıniyanın "Universitatya Krayova" klubu ilə heç-heçə (1:1) edib. "Bayquşlar" toplanış çərçivəsindəki son oyununu iyulun 2-də Ukraynanın "Polissya" komandasına qarşı keçirəcək.







_1693395834.png)





