"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yerli "Tirol" klubuna qarşı keçirilən və 4:0 hesablı qələbə ilə başa çatan yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın hazırlıq səviyyəsindən və futbolçuların istəyindən razı qaldığını bildirib:

"Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti olmasına baxmayaraq, futbolçular xeyli əziyyət çəkdilər. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik".

Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest