28 İyun 2026, 15:18
FUTBOL
"Şadam, çünki hər kəsə özünü göstərmək şansı verdik. Bu, bizim üçün çox vacibdir"
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsinin son turunda İordaniyaya qalib gəldikləri (3:1) oyunu şərh edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis qələbəni FİFA-nın rəsmi saytına dəyərləndirib:
"Şadam, çünki hər kəsə özünü göstərmək şansı verdik. Bu, bizim üçün çox vacibdir. Xüsusilə də əvvəlki dünya çempionatını qaçıran Lo Çelso və hələ qol vurmasa da, yaxşı oyun nümayiş etdirən Lautaro üçün sevinirəm. Təbii ki, Leonun qolu da məni sevindirdi. Çox şadam, çünki əsl maraqlı mübarizə indi başlayır".













