PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Li Kan İn karyerasını "Atletiko"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, klublar arasında danışıqlar irəliləmiş mərhələdədir. Madrid təmsilçisi 25 yaşlı cənubi koreyalı futbolçunun özü ilə şəxsi müqavilənin şərtlərini hələ bir neçə gün əvvəl razılaşdırıb.

Li Kan İn 2023-cü ilin yayında "Malyorka"dan 22 milyon avro qarşılığında PSJ-yə transfer olunub. O, başa çatan 2025/26 mövsümündə paytaxt klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yaddan qalıb.

Asiyalı oyunçunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun hazırkı transfer dəyəri 28 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest