28 İyun 2026, 19:51
TOP OYUNLARI
Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə İsveçrənin Lozanna şəhərində Beynəlxalq Voleybol Federasiyasının (FIVB) rəhbərliyi ilə rəsmi görüş keçirilib.
Matc.az xəbər verir ki, görüşdə AVF nümayəndəsi Nərgiz İsmayılova, "Turan" voleybol klubunun prezidenti Həsən Zeynalov, FIVB prezidenti Fabio Azevedo və qurumun baş katibi Hyu Makkatçen iştirak ediblər.
Müzakirələr zamanı Azərbaycanda voleybolun inkişaf perspektivləri, son mövsümün ölkə çempionu olan "Turan" voleybol klubunun qarşıdan gələn Avropa klub yarışlarına hazırlığı, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər və foto çəkdiriblər.













