"Real"ın mərkəz müdafiəçisi Raul Asensio "Latsio"nun hədəfindədir.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur öz "X" hesabında məlumat yayıb.

İtaliya klubu 23 yaşlı futbolçunu Qətərin "Əl-Sadd" klubuna transfer olunan Alessio Romanyolinin əvəzləyicisi kimi nəzərdən keçirir. "Latsio" rəhbərliyinin artıq bu keçidlə bağlı ilkin danışıqlara başladığı bildirilir.

Transfer dəyəri təxminən 20 milyon avro olaraq qiymətləndirilsə də, gənc müdafiəçi hələ ki, Madrid klubunda qalmaq istəyir.

Qeyd edək ki, "Transfermarkt" portalına görə bazar dəyəri 20 milyon avro olan Asensio, ötən mövsüm meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yaddan qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest