"Opta" analitik portalının superkompüteri 2026-cı il dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan millilərin çempionluq şanslarını dəyərləndirib.

Matc.az xəbər verir ki, siyahının ilk pilləsində 18,66 faiz göstərici ilə Fransa millisi qərarlaşıb.

Superkompüterin versiyasına görə 1/16 final öncəsi baş mükafata əsas 10 namizəd aşağıdakı kimidir:

1. Fransa – 18,66%
2. Argentina – 16,26%
3. İspaniya – 13,47%
4. İngiltərə – 9,68%
5. Braziliya – 6,47%
6. Niderland – 5,11%
7. Portuqaliya – 4,74%
8. Almaniya – 4,36%
9. Kolumbiya – 3,19%
10. Norveç – 2,95%

Xatırladaq ki, reytinqin ilk iki pilləsində yer alan Fransa və Argentina yığmaları DÇ-2022-nin finalçılarıdır.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyunun 11-dən start götürüb. Turnirin final qarşılaşması isə iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində keçiriləcək.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest