17 Noyabr 2025, 11:33
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Emre Mor qış fasiləsində klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki,"Gənclərbirliyi" türkiyəli vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Ankara təmsilçisinin baş məşqçisi Volkan Demirel Emreni komandasında görmək istəyir. "Qaziantep" və "Kocaelispor" da 28 yaşlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Emre Mor bu mövsüm "Fənərbaxça"nın heyətində heç bir oyunda iştirak etməyib. Onun klubla müqaviləsi yayda başa çatır.












