"Milan"ın hücumçusu Santiaqo Ximenes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Sanderlend" meksikalı hücumçunu transfer etmək istəyir. "Qara pişiklər" Ximenesi yanvar ayında heyətinə qatmağı planlaşdırır. İtaliya klubu 24 yaşlı forvardı satmağın eleyhinə deyil.

Qeyd edək ki, Santiaqqo Ximenes bu mövsüm "Milan"ın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest