"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliyaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Roma" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir. Paytaxt təmsilçisi 24 yaşlı forvardı 35 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək üçün "qırmızı şeydanlar"a müraciət edib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni 2024-cü ilin yayında "Bolonya"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Premyer Liqa nəhənginin heyətində 5 oyunda ümumilikdə 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest