02 Dekabr 2025, 18:34
FUTBOL
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Avropanın bir neçə böyük klubunun diqqət mərkəzinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Dortmund "Borussiya"sı Çempionlar Liqasında inamlı çıxış edən polşalı qolkiperi transfer etmək istəyir. Almaniya klubunun Koxalski üçün ilkin addımları atdığı bildirilir.
"Benfika" və "Napoli" də 25 yaşlı "əlcək sahibi" ilə maraqlanır.
Qeyd edək ki, Mateuş Koxalski bu mövsüm "Qarabağ"ın heyətində 15 oyunda meydana çıxıb. Onun Ağdam klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.












