AFFA Region Liqasında çıxış edən "Xıdırlı" klubunun İntizam Komitəsinin qərarı ilə bağlı şikayəti ilə əlaqədar qərarı açıqlayıb.
Matc.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı şikayəti qismən təmin edib.
AFFA Region Liqasında keçirilən “Xıdırlı” FK – “Viləş” PFK oyununun 45+1-ci dəqiqəsində “Xıdırlı” komandasının futbolçusu Rəsul Hacıyev rəqibə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyuna buraxılması və həmin oyunun 45+1-ci dəqiqəsində “Xıdırlı” komandasının azarkeşlərinin meydançaya daxil olub rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə “Xıdırlı” komandasının növbəti 2 oyunu öz azarkeşləri olmadan keçirməsi barədə İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Xıdırlı” Futbol Klubunun təqsiri olmadığı müəyyən edilib və azarkeşlər meydana daxil olaraq rəqib oyunçulara fiziki təzyiq göstərdiyi, nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə oyun yarımçıq dayandırıldığı üçün “Xıdırlı” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin qərarı ləğv edilib. Oyunun ikinci hissəsi yenidən və neytral stadionda keçiriləcək.


_1768233441.jpg)









