"Mançester Yunayted" hücumçu axtarışlarını davam etdirir.

Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın maraqlandığı futbolçulardan biri də Türkiyədə çıxış edir.

İngilislər "Trabzonspor" və Nigeriya millisinin hücumçusu Paul Onuaçu ilə yaxından maraqlanır.

Onlar mövsümün sonunda nigeriyalı forvardı transfer etmək üçün Qaradəniz klubuna rəsmi müqavilə təklif edəcək.

Onun "Trabzonspor"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Paul karyerası ərzində "Midtyulland", "Veyle", "Genk", "Southempton" klublarının formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest