"Beşiktaş"dan ayrılan Qabriel Paulistanın yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi ölkəsinə qayıdıb.

Paulista "Korintians"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Qabriel Paulista mövsümün ilk yarısında "Beşiktaş"ın heyətində keçirdiyi 17 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest