11 Yanvar 2026, 19:35
FUTBOL
"Əl-İttihad" Kərim Benzemanı komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Hazırkı müqavilə 2026-cı ilin yayında başa çatır və klub rəhbərliyi artıq fransız hücumçu ilə müqavilənin uzadılması barədə danışıqlara başlayıb. "Əl-İttihad"ın Benzemaya 2028-ci ilin yayına qədər müqavilə təklif etməsi gözlənilir.
Xatırladaq ki, Kərim Benzema 2023-cü ildə "Real"dan Səudiyyə Ərəbistanı klubuna azad agent kimi keçib. Bu müddət ərzində hücumçu bütün yarışlarda 79 oyun keçirib, 53 qol vurub və 17 məhsuldar ötürmə edib.












