"Liverpul" "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemi almaqda maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ekrem Konur paylaşıb.
Bildirilir ki, ingilislər Madrid klubuna 180 milyon avro ödəməyə hazırdır. "Liverpul"un artıq "Real" ilə ilkin əlaqələr qurduğu bildirilir.
"Liverpul" rəhbərliyi hesab edir ki, uzun illər meydanın mərkəzində komandaya liderlik edə biləcək yeni yarımmüdafiəçiyə ehtiyac duyurlar.
"Liverpul"un oyunçu üçün ilkin tələbi rədd edilib. "Real"ın prezidenti Florentino Peres və digər Madrid rəsmiləri satışdan qəti şəkildə imtina ediblər. Klub hesab edir ki, uyğun əvəzedici tapmaq mümkün deyil.
Yarımmüdafiəçi "Real"a 2023-cü ilin yayında qoşulub. Bu mövsüm Bellinqem bütün yarışlarda 22 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 160 milyon avrodur.












