Turnirin finalında "Barselona" əzəli rəqibi "Real"a 3:2 hesabı ilə qalib gəlib.

İspaniya Superkubokunun final oyunu baş tutub.

Matc.az xəbər verir ki, turnirin finalında "Barselona" əzəli rəqibi "Real"a 3:2 hesabı ilə qalib gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş "El Klasiko"da hesabı 36-cı dəqiqədə "Barselona"nın oyunçusu Rafinya açıb. Birinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Vinisius "Real"ın bərabərlik qolunu vurub. Lakin bundan 2 dəqiqə sonra Levandovski yenidən kataloniyalıları hesabda öndə çıxarıb. Buna baxmayaraq, Qonsalo Qarsiya əlavə olunmuş 6-cı dəqiqədə komandasının bərabərlik qolunu vurub. Kataloniyalıların qələbə qolunu 73-cü dəqiqədə Rafinya vurub.

Qeyd edək ki, "Barselona" tarixində 16-cı dəfə futbol üzrə İspaniya Superkubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest