– Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Karyeramın ən önəmli oyunudur.

Çempionlar Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunundan əvvəl “Qarabağ”ın futbolçusu Pedro Bikalyo jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– Bu gün 20 yanvardır və ölkə üçün önəmli, kədərli gündür. 36 il əvvəl insanlar müstəqillik üçün küçələrə axışdılar, canlarını verdilər. Oyuna gəlincə, vacib görüşdür. Antalyada mini hazırlıq keçdik. Bizim üçün önəmli idi. İnanır və ümid edirəm ki, sabahkı oyunda toplanışda işlədiklərimizi həyata keçirə bilərik.

– Bu oyunun əhəmiyyəti böyükdür. Karyeranız üçün hansı dərəcədə bir matçdır?

– Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Karyeramın ən önəmli oyunudur.

– Yenidən oyunun ən yaxşısı olmaq fikriniz var?

– Belə məqsədim yoxdur. Əsas komandanın qələbəsidir. Oyundan sonra kimin seçilməsi başqa məsələdir.

– Adınız fərqli komandalarla hallanırdı. Qurban müəllim də belə təkliflərə görə narazılıq bildirdi. “Ayntraxt”la oyunöncəsi belə xəbərlər sizə necə təsir etdi?

– Qətiyyətlə deyə bilərəm ki, oyuna köklənməyimə təsir etmir. Bu oyun karyeramın ən önəmli matçıdır. Tamamilə buna fokuslanmışıq. Digər məsələlər rəhbərliyin işidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest