PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turunda "Sportinq"ə 2:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Matc.az xəbər verir ki, o, məğlubiyyətdən məyus olmadıqlarını deyib.

"Bu, mövsümdə ən yaxşı oyunumuz idi. Biz qalib gəlməli idik, amma futbolda ən çox qol vuran qalib gəlir. "Sportinq" 2 qol vurdu, biz isə 1 qol vurduq. Bu baxımdan inkişaf etməliyik. Amma yenə də komanda üçün çox sevincliyəm. Onları təbrik edirəm, çünki Avropada səfərdə məhz belə oynamalısan", - deyə o, UEFA-nın rəsmi saytında bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest