"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn Münhen klubu ilə müqaviləsini uzatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Müqaviləsi 2027-ci ilin yayında başa çatacaq ingilis hücumçu 2028-ci ilə qədər əlavə 1 il müddətinə müqavilə imzalaya bilər.

Harri Keynin müqaviləsində bu yay 65 milyon avroya ayrılmasına imkan verən bənd var (seçim yanvarın sonunda bitir). O, bunu aktivləşdirməmək qərarına gəlib, lakin "Bavariya" Keyni əvəz edə biləcək oyunçu axtarışına davam edir.

Qeyd edək ki, 32 yaşlı mərkəz hücumçusu bu mövsüm Münhen klubunda 28 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest