UEFA-nın rəsmi saytı Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Qarabağ" ­­– "Ayntraxt" oyununun mümkün start heyətlərini açıqlayıb.

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Qarabağ" ­­– "Ayntraxt" oyununun mümkün start heyətlərini açıqlayıb.

Matc.az xəbər verir ki, UEFA-nın ehtimalına görə, Ağdam təmsilçisi aşağıdakı heyətə meydana çıxacaq: 

Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Abdullah Zubir, Coni Montiel və Kamilo Duran.

Frankfurt klubunun start heyəti isə belədir: Kaua Santos, Nnamdi Kollinz, Robin Kox, Artut Teate, Nataniel Braun, Ellies Şkiri, Mahmud Dahud, Ritsu Doan, Can Uzun, Fares Şaybi və Ansgar Knauff.

"Ayntraxt"a "Qarabağ"la görüşdə Conatan Burxardt, Timoti Çendler və Elias Baum kömək edə bilməyəcək. Rasmus Kristensen, Huqo Larsson və Mario Götzenin isə oynamağı sual altındadır. 

Bundan əlavə, "Qarabağ"ın iki oyunçusu – Kevin Medina və Mateus Silva alman klubuna qarşı sarı vərəqə alsalar, "Liverpul"a qarşı son turdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Ayntraxt" matçı saat 21:45-də start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest