"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem alkoqol problemləri ilə bağlı xəbərləri təkzib edib.
Matc.az xəbər verir ki, ingilis futbolçu bu açıqlamanı Çempionlar Liqasında "Monako" üzərində 6:1 hesablı qələbədən sonra verib.
"Görünür, bu günlərdə hər kəs kamera qarşısına keçə, istənilən sözü deyə bilər və bütün dünya sübut olmadan onlara sadəcə inanacaq. Mən həqiqəti bilirəm, şəxsi həyatımda nələrin baş verdiyini, oyunlarda nələr etdiyimi bilirəm", - deyə Bellinqem bildirib.
Qeyd edək ki, bir gün əvvəl tanınmış ispan bloqer Raul Alvares Genes ingilis yarımmüdafiəçini müntəzəm olaraq gecə klublarına getməkdə və spirtli içki problemi yaşamaqda günahlandırmışdı.
Cud Bellinqem UEFA Çempionlar Liqasının 7-ci turunda "Real"ın "Monako"nu məğlub etməsinə kömək edib. İngilis futbolçu bütün matçı meydanda olub və fərqlənə bilib.
Ümumilikdə, 22 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 25 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.












