07 Mart 2026, 12:54
FUTBOL
Almaniya milli komandası istedadlı hücumameyilli yarımmüdafiəçi Paul Vanneri itirib. O, başqa ölkədə millisində oynamaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı futbolçu vətəndaşlığını dəyişmək qərarına gəlib. Yarımmüdafiəçi indi əvvəllər olduğu kimi Almaniyada deyil, Avstriya millisində oynayacaq.
"Bavariya"nın sabiq oyunçusu Almaniya milli komandalarının müxtəlif yaş qruplarında oynayıb. Vanner hətta Bundestimin gənclər komandasına da daxil olub (9 oyunda 1 qol).
Qeyd edək ki, yarımmüdafiəçi 2025-ci ilin yayında Münhen klubundan ayrılaraq PSV-yə keçib. "Transfermarkt" onun dəyərini 14 milyon avro olaraq qiymətləndirir.












