“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top” mərasimindən sonra sosial şəbəkələrdə yayılmış paylaşımla bağlı səssizliyi pozub. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu sözügedən sitatın digər ulduzlara qarşı heç bir eyham olmadığını bildirib.

Londonda keçirilən mərasimdə mövsümün ən yaxşı oyunçusu seçilən ingilis forvard sosial şəbəkə hesabında “Səssizcə çox çalış. Qoy uğurun səsin olsun" sitatını paylaşmışdı. Bu paylaşım dərhal mediada və azarkeşlər arasında müzakirələrə səbəb olmuş, onun bu sözləri əsas rəqibləri – Madrid “Real”ının hücumçusu Kilian Mbappe və “Barselona”nın vingeri Lamin Yamala ünvanladığı barədə fərziyyələr yaranmışdı.

Amma Keyn bu iddiaları qəti şəkildə rədd edib:

“Xeyr, qətiyyən. Düzü, bu ifadəni bütün karyeram boyu bəyənmişəm. O, mənim gördüyüm işi, zəhmətə, intizama və fədakarlığa yanaşma tərzimi əks etdirir. Çox vaxt təkbaşına məşq etməli olmuşam. Gördüyüm bütün işlər pərdə arxasında qalır. Sadəcə düşünürəm ki, bu, əla ifadədir – bir çox oğlan və qız üçün faydalı ola bilər”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest