“Barselona” və “Bavariya”nın keçmiş hücumçusu Robert Levandovski karyerası ərzində heç vaxt “Arsenal”da çıxış etməməsi ilə bağlı suala zarafatla cavab verib.

X sosial şəbəkəsindəki “De Marke Sports” hesabında yayılan videoda ona “Niyə “Arsenal”da oynamadını” sualı verilib. Futbolçu gülərək belə cavab verib: “Mən titullar qazanmaq istəyirdim!”

Müsahibəni aparan şəxs “Biz indicə birini qazandıq!” deyəndə isə Levandovski bunu da əlavə edib: “Bu qədər uzun müddət gözləməli olmazdınız”.

38 yaşlı futbolçu karyerası ərzində 10 dəfə Almaniya, 3 dəfə isə İspaniya çempionu olub. O, “Bavariya” ilə Çempionlar Liqasının, UEFA Superkubokunun və FİFA Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest