"Forbes" jurnalının versiyasına görə, "Mançester Siti"nin futbolçusu Erlinq Haland son 1 ildə dünyanın 25 yaşa qədər ən çox qazanan idmançısıdır.

Matc.az xəbər verir ki, bu müddət ərzində norveçli hücumçu 80 milyon dollar qazanıb.

Bu məbləğə onun "Mançester Siti" ilə müqaviləsi, reklam gəlirləri və ictimaiyyət qarşısında çıxışları daxildir.

"Forbes"ə görə 2026-cı ildə 25 yaşa qədər ən çox qazanan 6 idmançısı:

1. Erlinq Haland (futbol) - 80 milyon dollar
2. Entoni Edvards (basketbol) - 69 milyon dollar
3. Karlos Alkaraz (tennis) - 61,5 milyon dollar
5. Vinisius Junior (futbol) - 60 milyon dollar
6. Keyd Kanninqem (basketbol) - 58,6 milyon dollar
7. Yannik Sinner (tennis) - 54,6 milyon dollar

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest