27 May 2026, 13:39
FUTBOL
"Komo"nun baş məşqçisi Sesk Fabreqas İngiltərə Premyer Liqasına getməkdən imtina edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano payıaşıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis Premyer Liqadan gələn təklifləri rədd edib və İtaliyada məşqçiliyə davam etmək niyyətində olduğunu təsdiqləyib. O, "Komo"da qalacaq və komandanı UEFA Çempionlar Liqasına aparacaq.
"Komo" tarixində ilk dəfə olaraq Avropanın ən nüvuzlu klub turnirinə vəsiqə qazanıb və 2025/26 mövsümündə "Milan" və "Yuventus"u qabaqlayaraq A Seriyasının turnir cədvəlində dördüncü yeri tutub.
Qeyd edək ki. "Komo" 2023/24 mövsümündə B Seriyasında mübarizə aparıb. Bir il sonra, yüksək liqaya keçən kimi, komanda 10-cu yeri tutub.













