"Koventri Siti"nin baş məşqçisi Frank Lempard Liqa Menecerləri Assosiasiyası (LMA) tərəfindən ilin məşqçisi seçilib.
Matc.az xəbər verir ki, ötən mövsüm "Koventri Siti" ən yaxın rəqibini 11 xal qabaqlayaraq Çempionşipin qalibi olub və 2000/01 mövsümündən bəri ilk dəfə Premyer Liqaya vəsiqə qazanıb.
Aprel ayında Lempard Çempionşipdə mövsümünün ən yaxşı məşqçisi seçilib. Bu uğur Lempardın həmkarlarından daha çox səs toplamasına səbəb olub. LMA üzvləri 47 yaşlı ingilisə mütəxəssisə "Arsenal"dan Mikel Arteta, "Mançester Siti"dən Pep Qvardiola, "Aston Villa"dan Unai Emeri, "Bornmut"dan Andoni İraola, "Brentford"dan Keyt Endryu, "Linkoln"dan Maykl Skubala və "Bromli"dən Endi Vudmandan daha çox səs veriblər.
Lemparda təqdim edilən mükafat Aleks Ferqyusonun adını daşıyır. "Mançester Yunayted"in əfsanəsinin özü səhhətindəki problem səbəbindən LMA mərasimində iştirak edə bilmədiyi üçün, Lemparda mükafatı İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel təqdim edib.













