"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sol cinah müdafiəçisi Rüfət Abbasov artıq "Neftçi" ailəsinin üzvüdür. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, "3" nömrəli formanı geyinəcək.

"Neftçi"nin yetirməsi olan, 2015-ci ildə akademiyaya qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib.

Son iki mövsümdə "Şamaxı" klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest