28 May 2026, 10:05
FUTBOL
"Latsio"nun qapıçısı İvan Provedel İtaliya A Seriyasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira nəlumat yayıb.
"İnter" italiyalı qolkiperi transfer etmək istəyir. Milan təmsilçisi 32 yaşlı "əlcək sahibi" ilə 2+1 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma əldə olunsa, transfer baş tutacaq.
Qeyd edək ki, İvan Provedel başa çatan mövsümdə "Latsio"nun heyətində keçirdiyi 29 oyunda qapısında 30 qol görüb.













